Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı

Elnur Aslanov Rabitə Nazirliyindən çıxarıldı
16:47 18 Noyabr 2016
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də modern.az-ın sorğusuna verdiyi cavabda məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib. 

O da qeyd edilib ki, Elnur Aslanov hətta beynəlxalq şirkətlərdən birinə işə gedib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onun adı Türkiyədə terrorçu elan edilmiş "Hizmət" hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.
Bir müddət əvvəl isə media onun "fətullahçılar"ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı.

Amma Elnur Aslanovun özü Fətullah Gülənlə bağlılığı barədə iddiaları təkzib edib.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR