AMEA Yüksək Texnologiyalar Parkının yaradılması məqsədilə işçi qrupu yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkının yaradılması məqsədilə işçi qrupu yaradılıb
17:02 18 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin "AMEA Yüksək Texnologiyalar parkının yaradılması haqqında" sərəncamının icrasını təmin etmək məqsədilə Akademiyada işçi qrupu yaradılıb. 
"Report"un xəbərinə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.
AMEA prezidenti Akif Əlizadə deyib ki, sənədin əsas məqsədi müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına, eləcə də yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaqdır: "Yeni park elm-sənaye-dövlət üçbucağını yaratmaqla yüksək texnologiya məhsullarının hazırlanmasında əlverişli mühit formalaşdıracaq".
Yığıncaqda AMEA-nın vitse prezidenti İbrahim Quliyev işçi qrupuna sədr, AMEA-nın işlər idarəsinin rəisi Fətəli Abdullayev, Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasıyev, İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev isə üzv təyin ediliblər. 
İşçi qrupuna təkliflərin hazırlanaraq dekabrın 1-dək Akademiyanın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-yuksek-texnologiyalar-parkinin-yaradilmasi-meqsedile-isci-qrupu-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR