Pakistanda İŞİD liderlərindən biri öldürülüb

Pakistanda İŞİD liderlərindən biri öldürülüb
17:07 18 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Pakistanın Terrorla Mübarizə İdarəsi (TMİ) ölkə paytaxtı İslamabadın yaxınlığında İŞİD terror qruolaşmasının komandirlərindən birini öldürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, əməliyyat Marri bölgəsində, Pakistan paytaxtından 50 kilometr aralıda keçirilib. Atışma nəticəsində Ehsan Sattai öldürülüb, TMİ-nin iki əməkdaşı yaralanıb. Məluamat görə, iki İŞİD fəalı qaçaraq gizlənib.
Yerli hökumət nümayəndələrinin verdiyi xəbərə görə, silahlılar İslamabad və qonşu Ravalpindi şəhərlərində KİV-in ofislərinə hücum etməyə hazırlaşıblar. Əməliyyat zamanı təhlükəsizlik qüvvələri silah, partlayıcı maddələr, partlayıcı qurğular hazırlamaq üçün avadanlıq və intihar kəməri ələ keçirblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-i-si-d-liderlerinden-biri-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR