Bakı parkları: yaşıllığı az, daşı çox, bəs ekspertlər nə deyir... - FOTO

Bakı parkları: yaşıllığı az, daşı çox, bəs ekspertlər nə deyir... - FOTO
17:12 18 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda son illər xeyli yeni parklar salınıb, köhnələri abadlaşdırılıb, yenidən qurulub. Ancaq paytaxt sakinlərinə görə, şəhər parklarında müasirlik nə qədər göz oxşasa da, sanki, təbiilik çatışmır, bir çox hallarda yaşıllıq, yəni otluq sahələr daş döşənmiş sahələrə nisbətən azlıq təşkil edir. Bəzi parklarda isə, ümumiyyətlə, yaşıllıq sahələri gözə dəymir, daş döşənmiş yerlər və ara-sıra gözə dəyən bəzək kolları, vəssalam. 

Əslində isə parklardakı yaşıllıqların funksiyası təkcə oksigen mənbəyi olması ilə bağlı deyil. Onlar həm sanitar-gigiyenik funksiya daşıyır, ətrafdakı tozu udur, həm də səs-küyü azaldır, insana estetik zövq verir.

Yaşıllıq sahələri şəhərin mikroiqlimini yaxşılaşdırır. Qazon küləklə gətirilən tozu saxlayır və mikrobları məhv edir. Yaşıl bitkilər  avtomobil nəqliyyatının zərərli tullantıları ilə mübarizədə kifayət qədər effektiv vasitə hesab olunur.

Bəs Bakıda parkların salınmasını layihələşdirən müvafiq idarələr, şəhərə cavabdeh rəsmilər yaşıllığı daha bol olan parklara üstünlük verə bilməzmi?

Ağır daş plitələrin altında nəfəs almayan torpaq

Bu suallarla mütəxəssislərə üz tutsaq da, bir-birindən fərqli cavablar aldıq. Şəhərsalma üzrə ekspert Aytəkin İmranova hesab edir ki, park məhz orada yaşıllıq sahəsi olduğuna görə parkdır.

Milli.Az xəbər verir ki, ekspertin virtualaz.org-a bildirdiyinə görə, Bakı kimi əhalisinin çox olduğu bir şəhəri oksigen təminatını yaxşılaşdırmaq üçün bu cür daş və asfaltdan ibarət "park"lardan daha çox yaşıllıqlara ehtiyac var.

"Bir müddət öncə parklarda yaşıllıqların qırılması ilə bağlı sorğu aparmışdıq. Lakin müəyyən instansiyaları keçsək də, münasib cavab ala bilmədik. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, bu, bizə aid sahə deyil, bununla Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamenti məşğul olur. Departament isə heç vaxt heç nəyi cavablandırmadığına görə, onlardan cavab ala bilmədik. Sovet dövründə yaşıllıq sahələrinin kadastrı olurdu. Yəni hansı ərazilərdə nələr, hansı bitkilər və sairin yerləşməsi öz əksini tapırdı. Lakin bizdə bunu təqdim edən olmadı".

Ekspertin sözlərinə görə, park salarkən ağır daşlar düzməklə həm də torpağı yararsız hala salmış oluruq.

"Parkların bir qismi landaşaft memarlığına aiddir və qoruma altındadır. Park ona görə parkdır ki, orada yaşıllıq sahəsi var. Xatırlayırsınızsa, Qış parkını tikərkən böyük bir ərazi boşaldıldı, orada cəmi 2-3 ağac əkildi. Ümumiyyətlə, park salarkən orada çınqıllardan istifadə olunmalıdır ki, torpaq nəfəs ala bilsin. Bitkilərin köklərinə ziyan olmasın.

Sovet dövründə Gənclik qəsəbəsində və hava limanına gedən yolda böyük meşə massivləri var idi. Bakının o vaxtkı əhalisi üçün 10 belə ərazi lazım idi ki, havanı təmizləsin. Amma onlar da məhv edildi. Şəhərin əhalisi də 4 dəfədən çox artdı. Bu sayda əhalinin havasını təmizləmək, oksigenlə təmin etmək üçün münbit şərait yaratmaq üçün çox böyük sahələr salınmalıdır. Bunu hələ ki görmürük. Daha çox bərbəzəkli bitkilər, xaricdən gətirilən ağaclar, əkilir. Unudulur ki, parkın təyinatı dekorativ deyil, bunun ekoloji, sağlamlıq təyinatı var. Bizdə bir çox hallarda real və naturaldan çox hər şeyin imitasiyası var", - deyə A. İmranova bildirir.

"Parkda otun üzərində oturmaq olmaz"

Lakin memarlıq və şəhərsalma üzrə ekspert Cahangir Qocayev isə hesab edir ki, bizim parklarda da yaşıllıq sahələri kifayət qədərdir. Mütəxəssisin virtualaz.org-a bildirdiyinə görə, parkda yaşıl otun üzərində oturub dincəlmək, uzanmaq olmaz:

"Parkda otun üzərində yaş yerdə oturmaq olmaz. Biz skamyalar qoyduq, insanları otun üzərində oturmaqdan uzaqlaşdırdıq. Park istirahət, həm də gəzmək üçündür. Gəzərkən isə ayağın təmiz qalmalıdır. Əvvəllər  parklara asfalt döşəyirdilər. Amma asfalt müəyyən radiasiya yaradırdı. İndi daş plitələr döşəyirlər ki, bu da gözəllik yaradır. Bizim parklarda yaşıllıq lazımi qədər var. Torpağın nəfəs alması üçün kifayət qədər yaşıllıq var".

Ekoloq Telman Zeynalov isə hesab edir ki, istirahət etmək üçün asfalt da yetərlidir. Yaşıllıqlarla bağlı problem isə zamanla düzələcək. Həm də dövlətin pulu çox olduğuna görə daha çox asfalt çəkir:

"Dövlətin pulu var, asfalt çəkir..."

"Parklar istirahət  etmək üçün düzəldilir. Camaat otun üzərində gəzməyəcək ki? Cığır çəkilir, asfalt salınır. Dövlətin pulu çoxdur, ona görə də asfalta daha çox pul xərcləyir. Yaşıllığı əkməkdənsə asfalta fikir verilir. Amma məncə yaşıllıq çox olsa, daha yaxşıdır. Yəqin ki, yavaş-yavaş hər şey düzələcək. 25 ildir müstəqillik əldə etmişik. Biz istəyirik ki, 25 ilə dünyada analoqu olmayan məmləkətə çevrilək. Bu isə mümkün deyil. Parklarla bağlı problem zaman-zaman düzələcək".

Ekoloq həm də deyir ki, parklarda xaricdən gətirilib əkilən ağacların qarşısı alınmalıdır. Təbiəti korlayan bu ağaclardansa, yerli ağacları əkməyə üstünlük verilməlidir:

"Mən bircə onu istəyirəm ki, xaricdən gətirilən ağaclar bizim parklarda əkilməsin. Allah 9 iqlim qurşağına xas olan bitkiləri verib, burada palma əkiməməlidir. Palma lazım olsaydı, o da bitərdi. Görünür, belə kiməsə sərf edir, gedib ucuz qiymətə bizim təbiətə xas olmayan ağacları alıb gətirib burada od qiymətinə satılar. Bu kommersantların işidir, onların belə fəaliyyətlərinə son qoymaq lazımdır".

Bakı Şəhər İcra hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxlasaq da telefon zənglərimizə cavab ala bilmədik.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28