Trampdan önəmli TƏYİNATlar

Trampdan önəmli TƏYİNATlar
17:12 18 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp baş prokuror və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru postlarına öz kadrlarını təyin edib.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, respublikaçı senator Ceff Sessions ABŞ-ın yeni baş prokuroru, respublikaçı konqresmen Maykl Pompeo isə MKİ-nin direktoru olacaq.

Milli.Az CBS-ə istinadən bildirir ki, Alabama ştatından seçilmiş senator Ceff Sessions və Kanzas ştatından Nümayəndələr Palatasıüna seçilmiş Maykl Pompeo təklifləri qəbul ediblər.

Donald Tramp az öncə bəyan edib ki, milli təhlükəsizlik məsələləri üzrə müşavir postuna təqaüddə olan general-leytenant, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin sabiq direktoru Maykl Flinni təyin edib.

2012-ci ildə prezident seçkilərinə namizəd qismində qatılmış Mitt Romninin dövlət katibi postuna təyinatı gözlənilr.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR