"Çelikin o sözlərini eşidəndə beynim çöndü" - Xatirə

"Çelikin o sözlərini eşidəndə beynim çöndü" -  Xatirə
17:36 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslam “Solo+” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi Türkiyə şou-biznesinə qatılmaq istəməməsindən danışıb:

“Atam-anam, yoldaşım burdadır, mənim Türkiyədə nə işim var? Heç vaxt oranın şou-biznesinə qatılmağı düşünməmişəm. Bu mənim üçün risk deyil. Türklər onların şou aləminə kənar adamın gəlməsini sevmir, bizi qəbul etmirlər.

İki-üç il bundan əvvəl Çelik Azərbaycana gəldi. Dedi ki, “Azərbaycandakı şou-biznes mənlikdir”. Bunu eşidəndə beynim çöndü ki, bu nə danışır? O bizə qalib gələ, qarşımızda heç nə edə bilməz. Gəldiyi kimi də, biletini alıb geri qayıtdı. Bizimkilər türk mahnılarını elə oxuyur ki, seçilmir. Onlar bizim mahnıları oxuya bilirmi?”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR