"Neftçi" Denilsonla vidalaşdı

"Neftçi" Denilsonla vidalaşdı
18:07 18 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  hücumçu Denilson Pereyra ölkəsinə yola salınıb.

 

Bir müddət əvvəl əvəzedici heyətə göndərilən Denilsonla icarə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Bununla da 21 yaşlı braziliyalı forvard müqavilə ilə məxsus olduğu "Qranada” klubuna qayıdıb.

 

Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda 1 qola imza atıb.


Fanat.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR