Avtobusların nasazlığına görə xətti sahibkardan aldılar, bəzi marşrutlar dəyişdi - FOTO- VİDEO

Avtobusların nasazlığına görə xətti sahibkardan aldılar, bəzi marşrutlar dəyişdi - FOTO- VİDEO
18:22 18 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Agentliyə müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı metronun "Əhmədli" stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun "Xətai" stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən şikayətlər daxil olub. Buna səbəb nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobusun salonun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya hissələrinin tam olmamasıdır. BNA tərəfindən dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktı öz əksini tapıb.

Bütün bunları nəzərə alan BNA 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı "Bakı Avtonəqliyyat Müəsissəsi"ndən alınaraq "Baku Bus" MMC-nin istifadəsinə verib. Bu gündən etibarən həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən "İVECO" markalı, yüksək standartlara uyğun avtobuslar hərəkət edəcək. Bundan əlavə 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək metronun "28 may" stansiyası - Aleksandr Sergeyivic Puşkin küçəsi - Neftçilər prospekti - Nobel prospekti -  metronun "Əhmədli" stansiyası olmaqla müəyyən edilib. Avtobuslar bu marşrut üzrə səhər saat 6:00-dan gecə saat 12:00-a qədər fəaliyyət göstərəcək. Artıq 21 nomrəli marşrut üzrə hərəkət edən avtobuslarda da gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçiriləcək.

BNA bəyan edir ki, Agentlik mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin trayektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun "28 May" stansiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun "Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq. Agentliyin kompleks gördüyü bütün işlər bütövlükdə şəhər nəqliyyatının optimallaşdırılması məqsədi daşıyır.

Yusif Nəsirli
Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR