Avropa çempionatının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı

Avropa çempionatının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı
18:48 18 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, 2017-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi

Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti

Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR