Şagirdlər TƏHLÜKƏDƏ: Bakıdakı bu məktəb hər an uça bilər - FOTO

Şagirdlər TƏHLÜKƏDƏ: Bakıdakı bu məktəb hər an uça bilər - FOTO
19:12 18 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı orta məktəb acınacaqlı durumdadır.

Milli.Az bildirir ki, bu barədə publika.az-a Xətai sakinləri məlumat verib.

Məktəbin səkkiz birmətəbəli tədris korpusunun mühəndis müayinəsinin nəticələrinin təhlili göstərir ki, ibtidai siniflərin yerləşdiyi korpusların uzunmüddətli istismarı zamanı onların yükdaşıyan konstruksiyalarında zədələr yaranıb.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən sözügedın sayta bildirdilər ki, təhlükəsizliyin təmin olunması məqsədilə qəzalı vəziyyətdə olan korpusda təhsil alan şagirdlər istiliklə tam təmin olunan əsas korpusa köçürülərək ikinci növbədə yerləşdirilib.
171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpuslarında zəruri təmir işlərinin aparılması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılıb.

Milli.Az 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR