Rusiya neftin 30 dollara qədər ucuzlaşmasına hazırdır

Rusiya neftin 30 dollara qədər ucuzlaşmasına hazırdır
19:22 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Stress ssenari ilə neftin qiyməti 30 dollar/barelə düşsə dövlət büdcəsində köklü dəyişikliklər baş verməyəcək. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin maliyyə naziri Anton Siluanov deyib.
Onun sözlərinə görə, son 2 ildə ilk dəfə, 2017-ci il büdcəsində əlavə manevr etmək imkanları yaranıb: "Neftin qiyməti büdcədə 40 dollar/barel götürülüb, amma qiymət 30 dollar/barelə düşsə belə, bütün büdcəni dəyişdirməyə bilərik".
A. Siluanov həmçinin qeyd edib ki, yeni büdcə qaydalarına əsasən, rublun məzənnəsinin kəskin dəyişməsinin qarşısını almaq üçün xarici aktivlərdən istifadə etmək mümkün olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-neftin-30-dollara-qeder-ucuzlasmasina-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR