Atatürk hava limanında şübhəli davranışları ilə diqqət çəkən 7 şəxsin çamadanını axtaran polislər ölkədən qanunsuz çıxarılmaq istənilən 9,5 milyon dollar aşkar edib.
Milli.Az haberturk-ə istinadən bildirir ki, 7 şəxs ətraflı araşdırılmaq üçün nəzarətə götürülüb.
İstanbul Terrorla Mübarizə İdarəsinin (TEM) əməkdaşları Atatürk hava limanına eyni təyyarə ilə xaricdən gələn 7 şəxslə bağlı istintaqı davam etdirərəkən məlum olub ki, şübhəlilər Özbəkistan və Qırğızıstan əsilli şəxslərdir.
Milli.Az