OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barreldən də aşağı sala bilər

OPEC ölkələri gündəlik neft hasilatını 32,5 mln. barreldən də aşağı sala bilər
19:42 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrın 30-na Avstriyanın paytaxtı Vyanda keçiriləcək sammitindən gündılik neft hasilatı 32,5 mln. barreldən də aşağı salına bilər. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib. 
O, bunu bu gün Qətərin paytaxtı Dohada keçirilən təbii qaz hasilatçısı ölkələrinin beynəlxalq forumunda deyib.
Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, sammitdən əvvəl, noyabrın 28-də Vyanada OPEC-ə üzv olan və olmayan ölkələrin ekspertlər səviyyəsində görüşü olacaq. 
Bu açıqlamalar dünya bazarında neftin cüzi bahalaşmasına səbəb olub. 
"Report"un analitik qrupu OPEC-in sammitinə qədər qiymətlərin 44-50 dollar/barel diapazonunda dəyişəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-olkeleri-gundelik-neft-hasilatini-32-5-mln-barrelden-asagi-sala-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR