Məşhur brend malları Türkiyədən Azərbaycana sərfəli necə gətirmək olar?

Məşhur brend malları Türkiyədən Azərbaycana sərfəli necə gətirmək olar?
19:44 18 Noyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

Digər ölkələr ilə müqayisədə Azərbaycanda elektron ticarət yeni yaranmağa başladığı üçün həm satıcı, həm də alıcı tərəfindən elektron ticarətə inam azdır. Buna baxmayaraq, son illərdə ölkədə onlayn alış-verişə maraq get-gedə artmaqdadır. 
 
Bunu “Sosium” proqramının qonağı, “Mover” MMC-nin icraçı direktoru Rüfət İbrahimov deyib. Onun sözlərinə görə, ölkədə elektron ticarət sürətlə inkişaf etdiyindən onlayn alış-veriş saytlarının sayı artmağa başlayıb. R.İbrahimov bildirib ki, elektron ticarət həm biznes subyektləri, həm də alıcılar üçün sərfəli sayılır. Onun sözlərinə görə, onlayn qaydada məhsul alanlar vəsitlərinə 30% qənaət etmiş olur. “Alıcı hər hansı bir məhsulu alarkən mağazaları gəzməli və buna xeyli vaxt sərf etməlidir. Onlayn alış-veriş isə müştərinin vaxt itkisinin qarşısını alır. Müştəri onlayn qaydada istədiyi məhsulu istədiyi qiymətə almaq imkanına malikdir. Bunun üçün müştəri heç bir yerə getmir, saytlar vasitəsi ilə məhsulu nəzərdən keçirir, sifariş verir və məhsul onun ünvanına çatdırılır. Onlayn satışla məşğul olan şirkətlər obyekt icarəyə götürmədiyindən və daha az işçi saxladıqları üçün onların xərcləri azalır. Bu isə məhsulların qiymətinin aşağı düşməsinə səbəb olur. Ucuz qiymət satışı çoxaltdığından həm biznses subyektinə, həm də müştərilərə sərf edir”.
 
Elektron ticarət vasitəsi ilə daha çox geyim və texnoloji avadanlıqların alındığını deyən R. İbrahimov qeyd edib ki, dünyada onlayn alış-veriş saytları iki hissəyə bölünür: “ Məhsullarını birbaşa satan və tədarükçü firmalar var. Məsələn, Ebay və Amozon kimi saytlarda istənilən məhsulu istənilən qiymətə tapmaq olar”.
 
O əlavə edib ki, xaricdən, xüsusilə də Türkiyədən məhsul sifarişi ildən-ilə çoxalır. Bu isə yüklərin təklükəsiz, qısa zamanda və sərfəli şərtlərlə Azərbaycana gətirilməsi məsələsini aktuallaşdırır. R.İbrahimov vurğulayıb ki, bu üç amil nəzərə alınaraq “Mover” MMC-nin yaradılmasına qərar verilib: “Özümüz də xaricdən məhsulun gətirilməsinin rahat yolunu axtarırıqdıq. Azərbaycanda belə şirkətin az olduğunu gördük və belə şirkəti qurmağa qərar verdik. Şirkətimiz Türkiyədən sifarişləri Azərbaycana gətirir. Təhvil aldığımız əşyalar olduğu kimi təhlükəsiz şəkildə müştərilərə çatdırılır. Yəni, məhsulu necə alırıqsa, o formada da müştəriyə təhvil veririk”.
 
Türkiyədən məhsul sifariş vermək istəyən müştəri  “Mover” MMC-nin saytına, www.mover.az-a daxil olmalı və burada qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçən müştəriyə “Mover” MMC-nin Türkiyə ofisinin ünvanı təqdim edilir. “Bundan sonra istifadəçi hər hansı türk saytından sifariş verərəkən, ünvan hissəsinə bizim ünvanı yazır. Satışla məşğul olan firma tərəfindən sifariş bizim ofisə çatdırılır. Biz oradan aldığımız məhsulu gətirib, burda istifadəçiyə təhvil veririk”.
 
R. İbrahimov deyib ki, www.mover.az saytında Türkiyənin onlayn satışla məşğul olan ən məşhur saytlarının ünvanları yerləşdirilib: “Müştəri istər bu saytlara, istərsə də Türkiyədəki digər saytlara daxil olaraq sifariş verə bilər. Çatdırılma ünvanı kimi “Mover” MMC-nin Türkiyədəki ofisinin ünvanını qeyd etməklə müştəri sifariş etdiyi məhsulu 5 gün ərzində Azərbaycanda təhvil ala biləcək. Əgər kiminsə tanışı Türkiyədən Azərbaycana hər hansı məhsul göndərmək istəyirsə, bizim şirkətə müraciət edə bilər”.
 
 
R.İbrahimov əlavə edib ki, Türkiyədən sifariş olunan məhsulların təhlükəsiz, qısa zamanda və sərfəli şərtlərlə Azərbaycana çatdırılması üçün “Mover” MMC tərəfindən zəruri infrastruktur qurulub. O, “Mover” MMC-ni ölkədə yükdaşıma xidməti göstərən digər şirkətlərdən fərqləndirən əsas cəhətin müştəri məmnuniyyətinin ön planda olması ilə bağlı olduğunu bildirib: “Bizim şirkət tərəfindən bazar araşdırılıb. Sözsüz ki, bu sahədə fəaliyyət göstərən şirkətlər arasında rəqabət var. Bu rəqabətdə biz ön plana çıxmaq üçün çatdırılma qiymətlərini azaldaraq müştəri üçün münasib etmişik. Çatdırılma xidməti üçün qiymət bağlamanın çəkisi və ölçüsünə görə dəyişir. Müştəri saytımıza yerləşdirilən kalkulyator vasitəsi ilə məhsulun ölçülərini və çəkisini yazmaqla öncədən çatdırılma haqqını hesablaya bilir. Yəni, bizim şirkət tərəfindən istifadəçiyə sürpriz qiymət deyilmir.  Bizim sayt vasitəsi ilə məhsul sifariş verən və yaxud yük gətirmək istəyən müştəri əvvəlcədən ödəyəcəyi vəsaiti bilir və büdəsinə görə sifariş verir”.
 
“Mover” MMC-nin digər yükdaşıma şirkətlərindən üstünlüyü bununla da yekunlaşmır:
“Qeyd etdiyim kimi ssas üstünlük birinci qiymətdir. Bizim qiyməti təklif edən ikinci bir şirkət yoxdur. Eyni zamanda xidmətdə də üstün olmağa çalışırıq. Misal üçün  digər şirkətlərə zən vuran müştəri robortla danışır. Yəni, rəqib şirkətlərdə operatorlara qoşulmaq üçün müəyyən vaxt itgisi olur. Biz isə müştəri zəng vurduqda onun suallarına birbaşa özümüz cavab veririk, çətinlik olanda köməklik göstəririk. Bundan başqa, sifarişçi özü sifariş verən zaman bəzən bank kartından vəsait çıxılmır. Bəzən Türkiyə saytlarının əksəriyyəti nənki Azərbaycan, xarici kartların əksəriyyətindən ödənişləri qəbul etmir. Bizimn müştərilər şirkətin kartları ilə də sifariş verə bilər. Bizim şirkət həm nağd, həm də plastik kartla müştəridən sifarişi qəbul edir”.
 
“Mover” MMC-ni digər şirkətlərdən fərqləndirən daha bir cəhət sifariş olunan məhsul ilə bağlı müştəriyə daim məlumatın verilməsi ilə bağlıdır. Sifariş həftə içi saat 10:00-dan 20:00-a kimi qəbul edilir: “Məhsul sifariş edildikdən sonra istifadəçi sms vasitəsilə məlumatlandırılır. Məhsulun sifariş verilməsi yükün anbarda olması, göndərilmə və çatma vaxtı barədə müştəriyə məlumat verilir. Bundan başqa, müştəri saytın “Sifarişlər” bölməsində sifarişinin bütün mərhələlərini görür. Gələcəkdə müştərinin xəritə üzərində yüklərini izləməsi üçün də infrastruktur qurmağı planlaşdırırıq”.
 
“Mover” MMC-nin icraçı direktoru bildirib ki, yükdaşıma şirkəti olaraq yüklərin kiçik və ya böyük olması ilə bağlı hem bir məhdudiyyət qoyulmayıb. Amma müştəri Azərbaycan  qanunvericiliyinə uyğun olaraq ölkəyə idxal olunmasına icazə verilən mmal və məhsullar sifariş verməlidir. Şirkət bununla bağlı da müştəriyə lazımı informasiya verir. Bundan başqa, məhsul alarkən seçim etməkdə çətinlik çəkən müştərilərə şirkətin əməkdaşları tərəfindən faydalı məsləhətlər verilir.
 
“Mover” MMC-nin istifadəçilərinin sayının günü-gündən artdığını deyən R.İbrahimov əlavə edib ki, hazırda 5000-dən çox istifadəçi saytda qeydiyyatdan keçib: “Bu saytımızın üzvlərinin sayıdır. Amma saytımıza müraciət edən, daxil olan istifadəçilərin sayı həddindən artıq çoxdur. Kimsə xidmətimizlə tanış olmaq istəyir, suallarını veririr. Saytımız vasitəsilə sifariş vermək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Buna səbəb odur ki, ölkəyə yükləri gətirərkən gömrük rəsmiləşdirilməsi aparılmalıdır. Gömrük rəsmiləşdirilməsi zamanı sifarişçinin məlumatları qeyd olunmalıdır. Məhz buna görə də hökmən qeydiyyatdan keçmək lazımdır”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR