Plastik kartlarda valyuta mübadiləsinə - LİMİT QOYULDU

Plastik kartlarda valyuta mübadiləsinə - LİMİT QOYULDU
20:12 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bank Respublika" plastik kartları vasitəsilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlar üzrə məhsul növündən asılı olaraq bir sıra yeni limitlər tətbiq edib.
Bankdan bildiriblər ki, noyabrın 18-dən "Mastercard World Elite", "Visa İnfinite", "Mastercard" və "Visa Platinum", "Mastercard" və "Viza Business" - gündəlik limit 2 min manat, bütün digər kartlar üzrə gündəlik limit - 500 manat.
Manat valyutalı kartlardan xarici valyutada Card to Card əməliyyatlarına; xarici valyutalı kartlara manat valyutasında mədaxil əməliyyatlarına (Cash in, Cash to Card, POS-Credit); manat valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatlarına (ATM, POS-Cash, Cash by Code); manat valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatlarına, digər bankların kartlarından "Bank Respublika" ASC-nın xarici valyutada olan kartına manat ilə köçürmə əməliyyatlarına (Card to Card) limit tətbiq olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/488335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR