Daha bir marşrut sahibindən alındı

Daha bir marşrut sahibindən alındı
20:12 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi 21 saylı avtobus xəttinin istifadə hüququnu "Baku Bus"MMC-nin istifadəsinə verib.

Milli.Az fins.az-a istinadən bildirir ki, bu gündən 21 nomrəli marşrutun hərəkət istiqaməti də dəyişdirilib.
Avtobuslar "28 may" metro stansiyası - Aleksandr Sergeyivic Puşkin küçəsi - Neftçilər prospekti - Nobel prospekti - "Əhmədli" metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir. 21 nomrəli "Baku Bus" avtobuslarında gediş haqqının ödənilməsi nəğd pulla deyil, yalniz BakıKart vahid ödəniş kartları ilə həyata keçiriləcək.
Qeyd edək ki, 21 saylı marşrut 3 saylı "Bakı Avtonəqliyyat Müəsissəsi"nə məxsus idi. BNA-dan bildiriblər ki, müntəzəm olaraq həmin marşrut xətti ilə bağlı sərnişinlərdən Agentliyə şikayətlər daxil olub. Buna səbəb nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobusun salonun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya hissələrinin tam olmamasıdır.
BNA həmin şikayətlərlə bağlı dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktını təsdiqləyib . Buna görə də bu gün marşrutun sahibindən alınmasına qərar evrilib.
Bundan əlavə, 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin traektoriyası bəzi dayanacaqlarda təkrarlandığından 14 saylı marşrutun son dayanacağı "28 May" metrotansiyasiyasına dəyişdirilib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/488362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR