OPEC ölkələri neft hasilatını azalda bilər

OPEC ölkələri neft hasilatını azalda bilər
20:18 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) noyabrın 30-na Avstriyanın paytaxtı Vyanda keçiriləcək sammitindən gündəlik neft hasilatı 32,5 mln. barreldən də aşağı salına bilər.

Publika.az xəbər verir ki, bu barədə Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib. O, bunu bu gün Qətərin paytaxtı Dohada keçirilən təbii qaz hasilatçısı ölkələrinin beynəlxalq forumunda deyib.

Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, sammitdən əvvəl, noyabrın 28-də Vyanada OPEC-ə üzv olan və olmayan ölkələrin ekspertlər səviyyəsində görüşü olacaq.

Bu açıqlamalar dünya bazarında neftin cüzi bahalaşmasına səbəb olub. (Report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR