Müğənni qızı ilə bağlı yayılmış videoya aydınlıq gətirdi - video

Müğənni qızı ilə bağlı yayılmış videoya aydınlıq gətirdi - video
20:21 18 Noyabr 2016
542 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Demet Akalın 2 yaşlı qızı ilə bağlı yayılmış görüntülərə aydınlıq gətirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Demetin bir müddət əvvəl İnstaqram səhifəsində paylaşdığı qızının namaz qıldığı 15 saniyəlik videosu izləyiciləri tərəfindən bir mənalı qarşılanmayıb. Onlar balaca qızı namaz qılmağa məcbur edildiyini, bu yaşda ona niyə namaz qılmağı öyrətdiklərini anlamadıqlarını bildiriblər.

Müğənni əvvəlcə bu şərhlər önəm verməsə də, bu gün "Beyaz" kanalında yayımlanan "Demesek olmaz" verilişində məsələyə aydınlıq gətirib:

"Bizim ailədə çoxları dindardır, nənəm, dayılarım. Mən musiqiçiyəm deyə dinsiz deyiləm ki. Evimizdə də hər gün 5 rükət namaz qılınır. Qızıma da namaz qılmağı heç kim öyrətməyib, özü öyrənib. Deyirlər ki, niyə uşağa namaz qılmağı öyrətmişik. Bundan gözəl ona nə öyrətmək olar ki?!".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR