Separatçı rejim Rusiyaya birləşir – REFERENDUM

Separatçı rejim Rusiyaya birləşir – REFERENDUM
20:38 18 Noyabr 2016
131 Dünya
Ölkə mətbuatı
A- A+

“Cənubi Osetiya rəhbərliyi 2017-ci ildə prezident seçkilərindən sonra Rusiyaya birləşmə haqqında referendumu keçirməyi düzgün hesab edir”.

Publika.az xəbər verir ki, bu haqda “Rossiya 24” telekanalının efirində Cənubi Osetiya “parlamenti”nin sədri Anatoli Bibilov bildirib.

“Əminik ki, referendumu keçirmək lazımdır. Cənubi Osetiya Respublikasının rəhbərliyi ilə məsləhətləşmələr etmişik. Qərara gəldik ki, referendumun prezident seçkilərindən sonra keçirilməsi daha düzgün olacaq”, - o, deyib.

O, vurğulayıb ki, Rusiyaya birləşmə “respublika”nın strateji hədəfidir.

Rusiyanın Cənubi Osetiyadakı “səfiri” Elbrus Karqiyev daha əvvəl bildirib ki, Cənubi Osetiyanın Rusiyaya birləşməsi məsələsi bu gün ölkənin xarici siyasət gündəliyində yoxdur. Onun sözlərinə görə, Rusiyanın mövqeyi ondan ibarətdir ki, 2008-ci ildə Cənubi Osetiya müstəqil suveren dövlət kimi tanınıb.

Qeyd edək ki, Gürcüstandan ayrılan separatçı rejimin “prezidenti” Leonid Tibilovun səlahiyyət müddəti 2017-ci ilin aprelində başa çatır.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR