İlham Əliyev Avropa çempionatı haqqında sərəncam imzaladı

İlham Əliyev  Avropa çempionatı haqqında sərəncam imzaladı
21:07 18 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 

 

APA-nın məlumatına görə, 2017-ci ilin sentyabr–oktyabr aylarında Bakı şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin üzvləri

 

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi

Faiq Qarayev – Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti

 

Təşkilat Komitəsi 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirməlidir




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lham-liyev-avropa-cempionat-haqqnda-srncam-imzalad-t54262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR