“AirAsia” laynerinin qalıqları (FOTO)

“AirAsia” laynerinin qalıqları (FOTO)
05:21 6 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

Bazar günü göyərtəsində 162 adamla İndoneziyanın Surabaya şəhərindən Sinqapura yollanarkən qəzaya uğrayan “A320-200 Airbus” təyyarəsinin qalıqları nümayiş etdirilib.

ANS PRESS-in məlumatına görə, hadisədən iki gün sonra Yava dənizində aşkarlanan təyyarənin qalıqları və bəzi əşyalar İndoneziyanın “Bunq Tomo-357” hərbi gəmisi ilə sahilə çıxarıldıqdan sonra foto-müxbirlər tərəfindən görüntülənib.

Bundan başqa, "Air Asia Indonesia" aviaşirkəti təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin ailə üzvlərinə 24 min dollar həcmində ilkin təzminat ödəyəcəyi barədə məktub ünvanlayıb.

Məktubda deyilir ki, bu vəsait, ailələrə axtarış əməliyyatı zamanı “maliyyə çətinlikləri” ilə mübarizə aparmağa kömək edəcək. Məktubda o da vurğulanır ki, bu yardım onların yaxınlarının öldüyünün təsdiqi anlamına gəlmir.

Qeyd edək ki, ötən gün laynerə məxsus bir neçə hissə sudan çıxarılsa da, axşama yaxın hava şəraitinin yenidən pisləşməsi axtarışların dayandırılmasına səbəb olub. Beləliklə, tapılan meyitlərin sayı 34-ə çatıb.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR