Bakıda qonaq ev sahibini bıçaqladı

Bakıda qonaq ev sahibini bıçaqladı
21:39 18 Noyabr 2016
110 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda qonaq ev sahibini bıçaqlayıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə Bəhruz Nuriyev küçəsində baş verib.

 

25 yaşlı Gülmalıyev Roman Ramiz oğlu ilə evində qonaq olan şəxs arasında mübahisə düşüb. Qonaq bıçaqla Roman Gülmalıyevin boğaz və qol nahiyələrinə zərbə vuraraq, hadisə yerindən qaçıb. Hadisə zamanı evdə onların ikisindən başqa heç kim olmayıb.

 

Roman Gülmalıyev zənglə yaxınlarına məlumat verə bilib və təcili yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub və həyatı üçün olan təhlükə aradan qaldırılıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR