“Qara bazar” cəzasız qalmadı - 3 İLLİK CƏZA

“Qara bazar” cəzasız qalmadı - 3 İLLİK CƏZA
21:53 18 Noyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" futbol klubunun rəhbərliyi azarkeşə 3 il müddətinə "Old Trafford"a girişi qadağan edib.

Publika.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində baş tutan "Mançester Y" - "Fənərbağça" (4:1) matçına biletləri "qara bazar”dan satmağa cəhd göstərdiyi üçün bu cəzanı alıb. "Mankunianlar" mövsümün əvvəlində oyunlara biletlərin təkrar satışına 3 illik qadağa qoymuşdu.

Məlumata görə, İngiltərədə biletlərin bu cür satışını tam aradan qaldırmaq üçün yeni layihə hazırlanır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR