Ərdoğandan israilli jurnalistə: “Məni sıxışdıra bilməzsən” - VİDEO

Ərdoğandan israilli jurnalistə: “Məni sıxışdıra bilməzsən” - VİDEO
22:03 18 Noyabr 2016
202 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mavi Mərmərə” razılaşmasından sonra ilk dəfə bir İsrail telekanalına müsahibə verib.

Publika.az xəbər verir ki, “Kanal 2” telekanalının “Uvda” (“Fakt”) proqramının məşhur aparıcısı İlana Dayan-Orbaç müsahibənin bir hissəsini “Twitter” hesabında dərc edib.

Müsahibə gələn həftənin bazar ertəsi yayımlanacaq. Aparıcı Ərdoğana “Sizə çətin sualları vermə azadlığımdan istifadə etmək istəyirəm” deyir. Türkiyə prezidentinin cavabı isə bu şəkildə olur: “İndiyə kimi verdiyiniz suallar asan idimi?.. Sən əgər Tayyib Ərdoğanı sıxışdıracağını zənn edirsənsə, məni sıxışdıra bilməzsən”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR