Taksi sürücülərinə XƏBƏRDARLIQ – REYDƏ HAZIR OLUN!

Taksi sürücülərinə XƏBƏRDARLIQ – REYDƏ HAZIR OLUN!
22:18 18 Noyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda taksilərə fərqlənmə nişanlarının verilməsi ilə bağlı artıq kifayət qədər iş görülüb. Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, Bakıda taksi xidməti göstərən 15 minə qədər fiziki şəxs var: “Artıq 8500-ə qədər taksi xidməti göstərən şəxs fərqlənmə nişanının alınması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib və fərqlənmə nişanı əldə ediblər. Göründüyü kimi taksi xidməti göstərən şəxslərin çoxu fərqlənmə nişanı alıb”.

N.Allahyarova deyib ki, Bakıda fəaliyyət göstərən taksilərlə bağlı hələ ki, ciddi qərarlar qəbul edilməyib: “Taksi xidməti göstərən şəxslərə gəlir əldə etdikləri sahədə həmin xidməti daha da təkmilləşdirmək üçün vaxt verilib. Fərqlənmə nişanın verilməsi qaydaları da çox rahatlaşdırılıb. Əvvəllər taksilər bir neçə orqana rüsum ödəyirdi, amma indi cəmi 18 manat ödəməklə fərqlənmə nişanı əldə edirlər. Hələ ki, çalışırıq bir neçə ay fərqlənmə nişanının verilməsini təşviq və təmin edək. Taksi sürücüləri də agentlik yaranmazdan əvvəlki vəziyyətdən əziyyət çəkdikləri üçün çox narahatdırlar. Ancaq indi vəziyyət düzəlib, fərqlənmə nişanı almaq çox asanlaşıb. Bir neçə ay sonra Dövlət Yol Polisi ilə birgə monitorinqlər keçiriləcək və fərqlənmə nişanı olmayan taksilərlə bağlı tədbirlər görüləcək”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/176513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR