Aktyor Robert de Niro "Ermenegildo Zegna" geyim brendinin siması olacaq.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 73 yaşlı aktyor adıçəkilən şirkətin geyim, ayaqqabı və ətirini təqdim edəcək.
Müqaviləyə əsasən, gələn ilin yazından Los-Ancelesdə Robert tərəf müqabili aktyor Makkol Lombardi ilə brendin video rolikində çəkilişlərə başlayacaq.