Gürcüstanın 9-cu çağırış parlamentinin ilk iclasında yeni sədr, müavinlər və komitə rəhbərlər seçilib

Gürcüstanın 9-cu çağırış parlamentinin ilk iclasında yeni sədr, müavinlər və komitə rəhbərlər seçilib
00:47 19 Noyabr 2016
84 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 noyabr. REPORT.AZ/ Bu gün 9-cu çağırış Gürcüstan parlamentinin ilk iclası keçirilib. İclasda parlamentin yeni sədri və sədrin müavinləri seçilib. Həmçinin, yeni baş nazirin adı açıqlanıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda Prezident Georgi Marqvelaşvili çıxış edib, dövlətin daxili və siyasi kursunun konturları barədə məlumat verib, deputatları hakimiyyətlə sıx əməkdaşlığa dəvət edib.
Sonra debatlar olub, təşkilati məsələyə baxılıb.
Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının icra katibi İrakli Kobaxidze gizli səsvermə yolu ilə 118 səs lehinə, 3 səs əleyhinə olmaqla parlamentin sədri seçilib.
Deputatlardan Tamaq Çuqoşvili sədrin birinci müavin, Qeorgi Volskiy və Zviad Dzidziquri, İlya Nakaşidze, İirma İnaşvili və Serqo Kapanadze isə sədrin müavinləri seçiliblər.
İclasda parlamentin 15 komitəsinin sədrləri də seçilib. Həmçinin, çoxluq, azlıq və 5 fraksiya təsdiq olunub.
Qeyd edək ki, yeni parlamentin fəaliyyətə başlaması ilə bu gündən hökumət üzvlərinin də fəaliyyəti dayanıb.
Dövlət başçısı parlamentdəki çıxışında Georgi Kvirikaşvilini yenidən Baş nazir vəzifəsində görmək istədiyini bildirib.
Qeyd edək ki, parlament Kvirikaşvilinin namizədliyini təsdiq etdikdən sonra, Baş nazir bir həftə ərzində yeni hökumətin tərkibini prezidentə təqdim edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanin-9-cu-cagiris-parlamentinin-ilk-iclasinda-yeni-sedr-muavinler-ve-komite-rehberler-secil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR