Rusiyadan Azərbaycana hərəkət edən qatarların cədvəlində dəyişiklik ediləcək

Rusiyadan Azərbaycana hərəkət edən qatarların cədvəlində dəyişiklik ediləcək
03:17 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Dekabrın 11-i Bakı vaxtı ilə 01:00-dan Rusiyanın bütün dəmir yolları şəbəkəsində 2016/2017-ci il üçün qatarların formalaşdırılması planı və yeni hərəkət cədvəli tətbiq ediləcək və bu, 10 dekabr 2017-ci il tarixinədək qüvvədə olacaq.
"Report" xəbər verir ki, bu barədə Oktyabr Dəmir Yolu İdarəsinin Korporativ Kommunikasiyalar Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, dəyişiklik beynəlxalq sərnişin daşımalarına, eləcə də, Rusiya-Azərbaycan marşrutu üzrə hərəkət edən qatarlara da şamil ediləcək.
Beynəlxalq sərnişin daşımaları birbaşa və tranzit yollarla 11 Avropa və Asiya ölkəsinə – Almaniya, Fransa, Polşa, Avstriya, Çexiya, Monako, İtaliya, Finlandiya, Çin, Monqolustan, Şimali Koreyaya 20 beynəlxalq marşrut üzrə, həmçinin 11 MDB və Baltika ölkəsinə (Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Azərbaycan, Latviya, Litva, Estoniya) həyata keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR