Hər yerdə internet olacaq

Hər yerdə internet olacaq
07:32 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "SpaceX" şirkəti dünyanın istənilən nöqtəsində ucuz internetdən istifadəni təmin etmək məqsədilə Yer orbitində dörd mindən çox peyk yerləşdirmək niyyətindədir.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "SpaceX Satellite Constellation" proqramı çərçivəsində 83 müxtəlif aşağı orbitdə 4425 peykin yerləşdirilməsi nəzərdə tutulur. Onların yerləşmə hündürlüyü 1110-1325 km arasında dəyişir. Hazırda ölkələrlə layihədə iştirakla bağlı danışıqlar aparılır.

Şirkətin baş direktoru İlon Mask ucuz simli rabitəyə tələbatın kifayət qədər böyük olmasını bildirərək proqramın tezliklə trafik bağlantısında 50 faizlik paya sahib olacağını qeyd edib.  

İlkin peykin 2017-ci ildə, sonuncunun isə 2020-ci ilədək buraxılması planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR