Robot bostanda alaq otlarını biçəcək

Robot bostanda alaq otlarını biçəcək
07:57 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Amerikalı ixtiraçı Co Counz bostanda alaq otlarının biçilməsi üçün robot icad edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, kənd təsərrüfatının avtomatlaşdırılması üçün sistemlər hazırda əksər ölkələrdə hazırlanır. Belə ki, bundan əvvəl ABŞ-ın "FarmBot Inc." şirkəti eyniadlı robot fermasının seriyalı istehsalı üçün vəsait toplamağa başlayıb. Apreldə Yaponiya fermerlərin təqaüdə çıxdıqdan sonra robotlarla əvəz edilməsini nəzərdə tutan proqram təqdim edib. Bu məqsədlə ölkədə 20 yeni aparat növü hazırlanır.

C.Counzun "Tertill" adlanan yeni robotu günəş batareyası, akkumulyator, otbiçən maşın və yaxınlaşma ötürücüləri ilə təchiz edilən dördtəkərli qurğu səkilindədir. Alaq otunu aşkar edən robot otbiçəni işə salaraq onu kəsməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, robot klirensdən keçən bütün bitkiləri alaq "hesab edir". Həmçinin aparat hələ bitməmiş əkinləri və hündür bitkiləri çəpərləyən tordan yan keçə bilir.
İxtiraçının sözlərinə görə, "Tertill" seriyalı istehsala hazır olan zaman iki əlavə funksiya ilə təchiz ediləcək. Məsələn, robot öz istifadəçisinin smartfonuna torpağın və əkinin vəziyyəti barədə məlumatlar ötürə, eləcə də quşları qorxudan müqəvva funksiyasını yerinə yetirə biləcək.

Robotun istehsalı üçün ixtiraçı "Franklin Robotics" şirkətini təsis edib. Bundan əvvəl isə o, "Roomba" robot tozsoranını yaratdığı "iRobot" şirkəti ilə əməkdaşlıq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR