“Apple” istehsalı ABŞ-a köçürəcək - Tramp qorxusu

“Apple” istehsalı ABŞ-a köçürəcək - Tramp qorxusu
08:17 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Apple" korporasiyası özünün iki aparıcı tərəfdaşı - "Foxconn" və "Pegatron"dan istehsalın ABŞ ərazisinə köçürülməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Nikkei" saytı məlumat yayıb.
 
"Foxconn" və "Pegatron" "Apple" məhsulları üçün detallar hazırlayan mühüm şirkətlərdir. Mənbə "Foxconn"un təklifə müsbət yanaşdığını, "Pegatron"un isə xərc məsələsi ilə əlaqədar bundan imtina etdiyini bildirib. Əslində "Foxconn"un rəhbəri Terri Qou da ideyaya entuziazmla yanaşmır. O deyib ki, istehsalın ABŞ-a köçürülməsi xərcləri ikiqat artıracaq.
 
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçki kampaniyası dövründə "Apple" şirkətini istehsalı ölkə ərazisinə köçürməyə məcbur edəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/490731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR