Nə qədər smartfon istifadəçisi var?

Nə qədər smartfon istifadəçisi var?
08:32 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın aparıcı telekommunikasiya avadanlığı istehsalçılarından biri   "Ericsson" şirkətinin proqnozuna əsasən, 2022-ci ilə smartfon sahibləri ilə operatorlar arasında bağlanmış abunə xidməti müqavilələrinin sayı 2 dəfə artacaq ki, bu da mobil trafikin həcminin 8 dəfə artmasına səbəb olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin proqnozuna görə, 2022-ci ilin sonuna dünyada 6.8 milyard smartfon istifadəçisi qeydə alınacaq. Xatırladaq ki, 2016-cı ildə bu göstərici 3.9 milyard təşkil edəcək.

Cari ilin iyununda İsveç şirkətinin əvvəlki qiymətləndirməsinə əsasən, 2021-ci ilin sonunda smartfon istifadəçilərinin sayı 6.3 milyard səviyyəsində gözlənilirdi.

"Ericsson" şirkətinin strategiya və texnologiyalar üzrə direktoru və baş vitse-prezidenti Ulf Evaldsson izah edib ki, proqnoz əsasən beşinci nəsil mobil rabitə xidmətinin gözlənilən populyarlığı səbəbindən dəyişdirilib. 2022-ci ildə dünyada 550 milyon "5G" istifadəçisinin qeydə alınacağı bildirilir.

İlk "5G" rabitə şəbəkəsi artıq 2017-ci ilin sonunda istismara veriləcək. "Ericsson" şirkətinin rəsmiləri hesab edirlər ki, 2018-ci ildə operatorlar onun "5G" avadanlığını satın alacaqlar.

Smartfonların geniş yayılması mobil trafikin həcminin artımına imkan yaradır, videoməzmuna baxış sonuncunun böyük hissəsini təşkil edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR