Yəməndə iki günlük atəşkəs elan olunub

Yəməndə iki günlük atəşkəs elan olunub
08:37 19 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Yəməndə yerli hökuməti dəstəkləyən ərəb koalisiyası 48 saatlıq atəşkəs rejimi elan edib.
"Report" xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə Ərəbistanı mətbuatı yazıb.
Atəşkəs noyabrın 19-u yerli vaxtla günorta saatlarından başlayacaq.
Barışıq müddəti husilərin öz öhdəliklərini yerinə yetirəcəkləri və mühasirədə olan rayonlara humanitar yardımın aparılmasına maneəçilik törətməyəcəkləri təqdirdə uzadıla bilər.
Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında qarşıdurma davam edir. Bu qarşıdurmaya Sudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası hökumət qüvvələri tərəfindən dəstək verir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yemende-iki-gunluk-ateskes-elan-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR