“Samsung” 10 minə yaxın əməkdaşını ixtisar edib

“Samsung” 10 minə yaxın əməkdaşını ixtisar edib
08:47 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Samsung Electronics" və "Samsung Group" korporasiyasının daha üç qrupu iqtisadi qeyri-müəyyənlik fonunda son bir il ərzində ümumilikdə 8 000 əməkdaşını ixtisar edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Financial Supervisory Service" şirkətinin mütəxəssisləri hesablayıblar ki, "Samsung Electronics", "Samsung Display", "Samsung Electro-Mechanics" və "Samsung SDI" şirkətlərinin ümumi əməkdaşlarının ştatı sentyabr ayında 139 323 nəfər təşkil edib. Bu isə bir il əvvəlki göstəricidən 5,5 faiz və ya 8 117 nəfər azır.
 
Onlardan "Samsung Electronics" 3 183 əməkdaşını ixtisar edib, "Samsung Display" ştatını 1 820 nəfər azaldıb, "Samsung Electro-Mechanics" 1 311 nəfər əməkdaşını, "Samsung SDI" şirkəti isə 1 803 əməkdaşını ixtisar edib.
 
Ümumilikdə "Samsung Group"un əməkdaşlarının sayından danışsaq, bu rəqəm bir ildə 4,3 faiz azalaraq 212 496 nəfərə çatıb. Bu ixtisarların "Samsung"un "Note 7" modelindən imtina etdikdən sonra baş tutduğu isə məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/490728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR