Ərdoğan Ağ Evin siyasətindən məyusdur

Ərdoğan Ağ Evin siyasətindən məyusdur
09:05 19 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin siyasətindən məyus olduğunu bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o bu barədə CBS telekanalına müsahibəsində deyib.
 
Ərdoğan Suriyadakı münaqişənin həlli üçün əsas problemi ABŞ administrasiyasının yanaşmasında görür. Onun sözlərinə görə, Suriyada müharibə Türkiyə sərhədində böyük təhlükələr yaradıb, milyonlarla qaçqının axınına səbəb olub.
 
Türkiyə prezidenti müsahibə zamanı həmçinin Fəthullah Gülənin Türkiyəyə hələ də ekstradisiya edilmədiyinə görə ABŞ-ı tənqid edib.
 
Qeyd edək ki, Türkiyə lideri CBS telekanalının "60 dəqiqə"  proqramına müsahibə verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR