"Evdə "Qarabağ"la görüşümüz maraqlı alınmışdı" - Tural Nərimanov

"Evdə "Qarabağ"la görüşümüz maraqlı alınmışdı" -   Tural Nərimanov
09:37 19 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında təxminən iki həftəlik fasilə başa çatır. XII turda “Kəpəz” səfərdə “Qarabağ”la qarşılaşacaq. İlk dövrədə Gəncədə 1:1 hesabı ilə heç-heçə oynayan tərəflərin yenə azarkeşlərə güzəştsiz mübarizənin həyacanını yaşadacağı gözləniləndir. 


Fanat.Az xəbər verir ki, kapazpfc.az saytına açıqlama verən Gəncə klubunun müdafiəçisi Tural Nərimanov həm ağdamlılarla oyun, həm də fasilə müddətindəki hazırlıq prosesindən danışıb: “Fasilə dövründən faydalı şəkildə yararlanmağa çalışdıq. Deyə bilərəm ki, hazırlığımız səmərəli keçdi. Bütün fikrimizi məşqlərə yönəltmişdik, istəyimiz məşqçilər korpusu tərəfindən verilən bütün tapşırıqları yerinə yetirmək idi. Əsas diqqəti ilk günlərdə fiziki hazırlığa vermişdik. Sonra yoxlama oyunu keçirdik və qələbə qazandıq. Düzdü, bizim üçün əsas olan qələbə yox, komandanın necə hazırlıq keçməsini görmək idi. Demək olar ki, hər şey normaldır, yaxşı hazırlaşmışıq. Bizi qarşıda “Qarabağ”la çox çətin oyun gözləyir. Evdə bu rəqiblə görüşümüz maraqlı alınmışdı. Səfər matçında “Kəpəz”i qane edən nəticəni qazanmağa çalışacağıq”. 




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotevd-quotqarabaquotla-goruumuz-maraql-alnmdquot-t54267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR