“Multikulturalizm” jurnalının ikinci sayı təqdim edilib

“Multikulturalizm” jurnalının ikinci sayı təqdim edilib
09:37 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının ikinci sayı təqdim edilib.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərginin baş redaktoru Fəxri Uğurlu jurnalın ikinci sayının rəsmi xəbərlərlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı çıxışı ilə açıldığını deyib.
“Dünyanın tanınmış din xadimləri” rubrikasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin “Ağa Əlizadə - cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” sərlövhəli məqaləsi verilib. Dərgidə materiallar üç dildə - Azərbaycan, rus və ingilis dillərində dərc edilib. Jurnalın bu sayında Azərbaycan ədəbiyyatının tanınmış müəlliflərinin yeni şeirləri, hekayələri, esseləri, tərcümə və reportajları yer alıb. Dərginin “Multikulturalizm mozaikası” bölümündə Azərbaycanın cənub bölgəsinin ədəbi mənzərəsi öz əksini tapıb”.
Toplantıda çıxış edənlər jurnalın mündəricatında yer alan materialların mühüm və aktual olduğunu diqqətə çatdırıblar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR