"Kəpəz"də 3 itki

"Kəpəz"də 3 itki
09:37 19 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XII turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” matça itkilərlə çıxacaq. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər”in bir futbolçusu cəzalı, iki üzvü isə zədədən yeni qayıtdığından oyundan kənarda qalacaq.


Ötən tur “Sumqayıt”la ev görüşündə qırmızı vərəqə alan Kərim Diniyev cəza dövrünü başa vurmalıdır. Uzun müddət zədəli olan Şəhriyar Əliyev ilə Dario Frederiko isə matça tam hazır olmadığından oynaya bilməyəcək.  


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotd-3-itki-t54265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR