"Akif Çovdarov məni buraxmaq üçün atamdan 500 min dollar istədi"

"Akif Çovdarov məni buraxmaq üçün atamdan 500 min dollar istədi"
10:12 19 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Elton Əliyevin ibtidai istintaqa verdiyi ifadəsi üzə çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, E. Əliyev ifadəsində bildirib ki, atası Əliyev Nəsib Yusif oğlu "Badu Kubə" MTK və "Şahbulaq" MTK-nın təsisçisi, eləcə də "Yeni Yasamal" MTK-nın həmtəsisçisi olub.
 
E.Əliyev deyib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində Atatürk prospektində "Texnikabank"ın əsas filialının inzibati binasından işdən çıxarkən mülki geyimli iki nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib, nazirliyə getməli olduğunu deyiblər. Həmin şəxslərdən hansı səbəbdən onlarla getməli olduğunu soruşduqda ona hər şeyin nazirlikdə araşdırılacağı bildirilib. 
 
Bundan sonra o, öz avtomobili, həmin şəxslər isə öz avtomobilləri ilə nazirliyə gediblər.
 
MTN-də onu 8 saat bir otaqda saxlayıblar. Bu vaxt ərzində onunla heç kim ünsiyyətdə olmayıb. Həmin gün hava qaraldıqdan sonra otağa orta boylu, əlamətlərini xatırlamadığı bir əməkdaş daxil olub, ondan iş fəaliyyəti ilə bağlı izahat almağa başlayıb. Həmin şəxs ona atası ilə bağlı suallar verməyə başlayıb. Atası ilə bağlı ona suallar verilməyə başlandıqda o, həmin şəxslərin atası ilə maraqlandıqlarını başa düşüb. Çünki 3-4 ay öncə - 2007-ci ilin may ayında atası "Badu Kubə" MTK-nın ofisində olarkən bir müştəri içəri daxil olaraq həmin MTK-nın inşa etdiyi Yeni Günəşli massivindəki çoxmərtəbəli yaşayış binasından mənzil almaq istədiyini deyib və ilkin ödənişi ABŞ dolları ilə verərkən ofisinə MTN əməkdaşları daxil olublar. Həmin MTN əməkdaşları MTK-nın sənədlərini apararaq atasını nazirliyə çağırtdırıb və Akif Çovdarov ondan 100.000 ABŞ dolları tələb edib. Atası isə 80.000 verə biləcəyini deyərək 80.000 dolları Akif Çovdarova onun xidməti otağında verib. Atasından bir dəfə 80.000 dolları aldıqlarına görə tam əmin olub ki, onu nazirliyə atasından pul almaq üçün gətiriblər.
 
Söhbətin sonunda həmin əməkdaş ona mobil telefon verib, atasına zəng edərək MTN-ə çağırmasını istəyib. E.Əliyev öncə atasına zəng etməkdən imtina edib. Lakin həmin əməkdaş ondan təkidlə bunu tələb etdikdən sonra saat 24 radələrində atasına zəng edib. O, atasına telefonda MTN-ə gətirildiyini, onun da həmin nazirliyə gəlməsinin tələb edildiyini bildirib. Atası da MTN-ə gələcəyini bildirib. O, telefonla danışdıqdan sonra həmin əməkdaş da atası ilə danışıb. Bundan sonra E.Əliyev təxminən bir saat otaqda tək qalıb. Bir saatdan sonra onun yanına izahat alan əməkdaş və daha iki nəfər gələrək, dostcasına söhbət etməyə başladıqlarından sonuncuların öz istədiklərinə nail olduqlarını başa düşüb. Təxminən gecə saat 02 radələrində onu həmin əməkdaşlardan biri nəzarət-buraxılış məntəqəsinə ötürüb. O, şəxsiyyət vəsiqəsini və mobil telefonunu götürərək evə gedib. Evdə atasının onun arxasınca MTN-ə getdiyi bildirilib. Çox yorğun olduğundan yatıb.
 
Atası səhər ona buraxılmasına görə Akif Çovdarovun 500.000 dollar istədiyini, özünün isə 350.000 dollar toplayıb verə biləcəyini deyib.
 
MTN-dən buraxıldığı gecənin səhərisi atası bacanağı Elçindən 100.000 dollar, tanışı Yavərdən 150.000 dollar, Mübariz Xudayevdən isə 100.000 dollar borc alıb, həmin gün apararaq xidməti otağında Akif Çovdarova verib. Bunları ona atası danışıb. Bundan sonra MTN əməkdaşları ilə onun hər hansı münasibəti olmayıb. Atası Nəsib Əliyev isə Elçin, Rauf Ceyhun adlı şəxslərin şikayəti ilə 2010-cu ildə yenidən MTN-ə çağırılıb.
 
2010-cu ildən yaşamaq üçün Moskva şəhərinə getdiyini deyən E.Əliyev bildirib ki, 2013-cü ildə anasının ona zəng edərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarıldığını söyləyib. O, "Badu Kubə" MTK-nın inşa etdiyi Yeni Günəşli qəsəbəsi V massivindəki yaşayış binasında mənzillərin təkrar satışında ittiham edildiyini bildirib.
 
2015-ci ilin sentyabrın 2-də o, Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq 8 aydan sonra Azərbaycana ekstradisiya edilib. Hazırda barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53