Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyindəki qurumlardan biri tender elan edib

Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyindəki qurumlardan biri tender elan edib
10:17 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi açıq tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Məlumata görə, tender 5 lot üzrə keçirilir - Azərbaycanın ərazi sularında yerləşən naviqasiya qurğu və nişanlarına xidmətlərin göstərilməsi (Lot -1.), dəniz kanallarında, farvarterlərdə və körpülərdə dərinliklərin ölçülməsi işlərinin görülməsi (Lot -2), Abşeron və Şüvəlan mayaklarının təmiri işlərinin görülməsi (Lot -3.), Uzaq Məsafədən Tanınma və İzləmə (LRİT) sisteminin proqram təminatına texniki xidmətlərin göstərilməsi (Lot -4.), Gəmi Hərəkətinin İdarəedilməsi Xidməti (VTS) sisteminin proqram təminatına texniki xidmətlərin göstərilməsi (Lot -5). 
Hər lot üzrə iştirak haqqı 100 manatdır. İddiaçılar ilkin sənədləri dekabrın 22-nə qədər, tender təklifi və bank təminatını isə dekabrın 29-na qədər Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 1996-cı məhəllə ünvanındakı “AFEN PLAZA”-ya təqdim etməlidirlər. 
Təkliflərə dekabrın 30-u saat 16:00-da sözügedən ünvanda baxılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-dovlet-deniz-administrasiyasinin-tabeliyindeki-qurumlardan-biri-tender-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR