Moskvada "qanuni oğru" öldürüldü - "Ded Xasan"dan sonra ilk dəfə

Moskvada "qanuni oğru" öldürüldü - "Ded Xasan"dan sonra ilk dəfə
10:22 19 Noyabr 2016
6184 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva şəhərində 2013-cü ildə kriminal avtoritet "Ded Xasan"ın qətlə yetirildiyi tarixdən sonra ilk dəfə "qanuni oğru" öldürülüb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu, 40 yaşlı Georgi Şirinovdur. Gürcü əsilli "qanuni oğru" kriminal aləmdə "Gürzə" ləqbilə tanınırdı. Başından aldığı zərbələr nəticəsində beyin silkələnməsi diaqnozu qoyulan "Gürzə"ni həkimlər xilas edə bilməyiblər. 

Faktla əlaqədar istintaq araşdırması aparılır. 

Qeyd edək ki, 2013-cü ildə kriminal avtoritet "Ded Xasan"ın qətlə yetirildiyi tarixdən sonra "qanuni oğru"larla bağlı bir sıra ölüm halları ilə nəticələnmiş hadisələr baş verib. Həmin hadisələrin hamısı Rusiya sərhədlərindən kənarda törədilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR