"Qəbələ" "Zirə"ni, "Qarabağ" "Kəpəz"i qonaq edir - YENİLƏNİR

"Qəbələ" "Zirə"ni, "Qarabağ" "Kəpəz"i qonaq edir -   YENİLƏNİR
10:27 19 Noyabr 2016
140 İdman
Ölkə mətbuatı
A- A+


DÇ-2018-in seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə başa çatır. Fanat.Az xəbər verir ki, bu gün ölkə çempionatında XII tura start veriləcək. 


İlk oyun günündə iki matç baş tutacaq. Ölkəmizi Avropa Liqasında təmsil edən və liderliyi bölüşən “Qəbələ” “Zirə”ni, “Qarabağ” isə  “Kəpəz”i qəbul edəcək.


“Qəbələ” ilk dövrədə “Zirə”ni məğlub etməyi bacarıb. “Qırmızı-qaralar” həmin görüşün taleyini  Teo Uiksin vurduğu iki qol həll etmişdilər. Elə bu qarşılaşmada da favorit meydan sahibləridir. Qonaqlar isə səfərə sensasiya ümidi ilə gəliblər.


Bu kollektivlərin ilk dövrədəki duelində bərabərlik qeydə alınıb. Gəncədə baş tutan matçın Dario Federikonun qoluna Reynaldo Silva dəqiq zərbə ilə cavab vermişdi. Lakin “Qarabağ”a 17 oyundur qalib gələ bilməyən gəncəlilər 14 ildir qələbəyə həsrətədirlər ki, bu da kifayət qədər ağır statistikadır. 


Son 5 ev oyununda xal itirməyən Ağdam klubu bugünkü oyunun da aşkar favoritidir. “Kəpəz” də “Zirə” kimi yalnız sensasiyaya ümid edə bilər. 


Topaz Premyer Liqası

XII tur

19 noyabr


15:00 “Qəbələ” – “Zirə”

Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli.

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Hakim-inspektor: Əli Hüseynov.

Qəbələ şəhər stadionu.

İlk dövrə: 2:0



18:00 “Qarabağ” – “Kəpəz”

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Asim Xudiyev.

“Azersun Arena”.

İlk dövrə 1:1




Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

11

7

4

0

26:4

25

2

Qarabağ

11

8

1

2

23:5

25

3

İnter

11

5

5

1

17:11

20

4

Zirə

11

4

2

5

10:12

14

5

Kəpəz

11

2

6

3

7:10

12

6

Sumqayıt

11

2

4

5

9:17

10

7

Neftçi

11

3

0

8

9:25

9

8

AZAL

11

0

4

7

4:21

4

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotzirquotni-quotqarabaquot-quotkpzquoti-qonaq-edir-t54269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR