Dəhşətli yanğında 7 nəfər öldü

Dəhşətli yanğında 7 nəfər öldü
10:29 19 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

 

Rusiyanın Tümen vilayətində baş verən yanğında yeddi nəfər ölüb.

 

APA-nın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib ki, noyabrın 19-a keçən gecə Quşçuluq Fabrikinin tikinti meydançasında yaşayış köşkündə yanğın baş verib.

 

Yanğınsöndürənlər yanğının qarşısını 7 dəqiqə ərzində alsalar da, yeddi nəfər yanaraq ölüb.

 

Tüstüdən zəhərlənmiş üç nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR