Bəybalayev naziri də satdı, Zeynalovun özünü də: "Mənə deyirdilər 35 faizi gətir..."

Bəybalayev naziri də satdı, Zeynalovun özünü də: "Mənə deyirdilər 35 faizi gətir..."
10:32 19 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi "kassada", yaxud oğru dünyasında olduğu kimi "obşak"da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı. 

Məlum olur ki, nazir Əli Abbasovun aylıq "paketi" 200-300 min manat, nazir müavinlərinin "paketi" isə 30 min manat və daha çox olub.

Keçmiş "baş poçtalyon" əvvəl susdu, sonra açıb hər şeyi danışdı

Ötən il Eldar Mahmudovun "ulduzu" sönəndən sonra MTN-dəki qruplaşmanın "krışalıq" etdiyi bu nazirlikdə aparılmış yoxlamalar, şübhəlilərin verdikləri ifadələr göstərir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən yoxsul strukturu olan "Azərpoçt" MMC-dən də babat yeyiblər. Hansı ki, "Azərpoçt"un sıravi işçiləri qəpik-quruş maaşa möhtacdır, bəzən aylarla onu da ala bilmirlər.

Nazirlikdəki korrupsiya ilə bağlı həbs olunanlardan biri də "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevdir. Virtualaz.org xəbər verir ki, cinayət işinin istintaqı zamanı ilkin və yenidən ittiham elan edilərkən "Azərpoçt" MMC-nin sabiq baş direktoru sulları cavablandırmaqdan imtina edirmiş. Lakin sonradan vəkilinin və özünün qaldırdığı vəsatət əsasında dindirilib. Və Bəybalayev nazir Əli Abbasov və onun aparat rəhbəri Vidadi Zeynalovu ifşa edib.

İstintaq sənədlərinə əsasən Qəmbər Bəybalayev ifadəsində deyib ki, ona qarşı irəli sürülən mənimsəmə ittihamları üzrə özünü təqsirli bilmir. Çünki nazirliyin rəhbərliyi "Azərpoçt" MMC üzərindən pulların 35 faizlik "otkat" və xərclərin şişirdilməsi yolu ilə mənimsənilməsini təşkil etsə də, onun özü həmin pullardan pay götürməyib.

Əli Abbasovun və Vidadi Zeynalovun korrupsiya maşını necə işləyirdi

Bəybalayevin sözlərinə görə, onun vəsaitin qiymətlərin şişirdilməsi yolu ilə a rəsmiləşdirilməsində və ayrılmasında, eləcə də nağdılaşdırılmasında iştirakı olmayıb. Çünki təmir-tikinti işləri ilə bağlı layihələr Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov tərəfindən müvafiq idarələrdə şişirdilmiş qiymətlərlə təsdiq etdirilirdi. Buna uyğun şəkildə dövlət büdcəsindən və nazirlikdən vəsait ayrılaraq Zeynalovun  tapşırdığı özəl təşkilatlara köçürülürdü.

"Həmin özəl şikətlərin heç biri mənə, yaxınlarıma və qohumlarıma məxsus olmayıb. Onların  hamısı Vidadi Zeynalovun özünə, yaxın adamlarına, nazirin yaxın şəxslərinə məxsus idi. Ona görə də bu işlər üçün ayrılmış vəsaitdən mənə hansısa səbəbdən pul verilməsi mümkün deyildi. Çünki vəsait nazirlik tərəfindən ayrılırdı və sonra nazirliyin rəhbərliyinin tapşırığına əsasən onların özlərinə bağlı şirkətlərə ödənilirdi", - keçmiş "baş poçtalyon" deyib.

Bəybalayev vəsaitlərin nəğdləşdirilməsi və bununla bağlı rəsmiləşmə işləri ilə də məşğul olmadığını deyib. Keçmiş baş direktorun bildirdiyinə görə vəsaitin ayrılması ilə bağlı məktublar Nazirliyin Kollegiyasının qərarına uyğun olaraq ona ünvanlanırdı və işlər üzrə ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət etmək tapşırılıdı. 

Lakin həmin məktublar formal xarakter daşıyırdı. Çünki kollegiyanın qərarı ümumi xarakter daşıyırdı, vəsait ayrılandan sonra isə Vidadi Zeynalov və ya onun kurasiyalıq etdiyi mühasibatlıq şöbəsinin əməkdaşları tərəfindən şifahi olaraq vəsaitin konkret təşkilatlara köçürülməsi tapşırılırdı. 

"Pulları bağlamada Vidadi Zeynalova verirdim, mənə heç nə çatmırdı..."

"Azərpoçt" MMC-yə ayrılmış pul vəsaitinin 35 faiz hissəsinin nağdılaşdırılması və onun müvafiq qaydada bölünməsi ilə bağlı keçmiş baş direktor deyib ki, Vidadi Zeynalov bu puldan ona da pay çatdığını yalandan deyir. Çünki vəsaitdən ona hər hansı məbləğdə pul qalmayıb: "Mən, ümumiyyətlə, iş görən şirkətlərlə faiz məsləsində müzakirənin aparılmasında, bununla bağlı razılığın əldə olunmasında iştirak etməmişəm. Həmin şirkətlərin nümayəndələri ilə hər hansı ünsiyyətim olmayıb.  Vidadi Zeynalovun tapşırığına uyğun olaraq şirkətlərin nümayəndələri Sübhan Kazımovla əlaqə saxlayıb və ona hansısa məbləğdə pul vəsaiti verib, ya da birbaşa Vidadi Zeynalovun özü ilə əlaqə saxlayıb pulu ona təqdim verirdilər. Sübhan da pulu qəbul etdiyi kimi, yəni açıq şəkildə deyil, bağlamada Vidadi Zeynalova çatdırmaq üçün ona və ya Vüqar Əfəndiyevə verirdi. Mən özüm də pulları bu cür bağlamada Vidadi Zeynalova çatdırmışam".

Bəybalayevin dediyinə görə, ona sonradan məlum olub ki, Vidadi Zeynalov həmin vəsaitdən nazirin göstərişinə uyğun olaraq konkret vəzifəli şəxslərə və onları himayə edən başqa şəxslərə "paket" şəklində aylıq ödənişlər edib.

Ayda 30 min alırmış, ancaq hərdən...

Ancaq istintaqda Vidadi Zeynalov deyib ki, "Azərpoçt"dan, əsasən, ayda 30 min manat olmaqla "haqq" alırdı və pulların 5 faizini də Bəybalayevə verirdi. Aparat rəhbəri deyib ki, "Azərpoçt"u hər ay "sağmaq" mümkün olmurdu, çünki bəzi hallarda bu idarə ziyanla işləyirdi. V.Zeynalovun bildirdiyinə görə, o, "Azərpoçt" MMC-dən və digər strukturlardan yığılan aylıq haqqa dair yazılı hesabat hazırlayıb nazirə təqdim edirdi. Nazir isə pulları necə bölüşdürmək barədə tapşırıq verirdi. "Bəzən elə olurdu ki, yığılan pullardan artıq qalırdı, onu da növbəti aya saxlayırdıq", - Zeynalov deyib.

Keçmiş Aparat rəhbəri deyib ki, "Azərpoçt" MMC-dən pulları ona Qəmbər Bəybalayev və ya baş mühasib Vüqar Əfəndiyev çatdırırdı. Ancaq "Azərpoçt" MMC rentabelli təşkilat olmadığından bu müəssisə üzərindən pulları həzm-rabetdən keçirməyin başqa yollarını fikirləşiblər. Zeynalov deyir ki, nazirlik büdcə vəsaitləri hesabına və nazirliyin digər rentabelli təşkilatlarının hesabından  həmin MMC üçün avadanlıqların alınması, yeni binaların tikilməsi və təmiri üçün Nazirliyin digər rentabelli təşkilatlarından borc adı altında pul vəsaiti köçürüb. 

Vidadi Zeynalov: "35 faizlik "otkat" alırdıq..."

Zeynalov deyir ki, bu köçürmələr 2009-2015-ci illərdə olub. Pullar köçürülməzdən əvvəl o, Bəybalayevə və Əfəndiyevə tapşırırmş ki, həmin vəsaitlər hansı şirkətlərin hesablarına köçürülməlidir. Və bu pulun bir qismi tikinti işlərinə xərclənməli, qalanı isə "otkat" şəklində nazirliyə geri qayıtmalı idi.

Zeynalovun dediyinə görə, MMC-yə ayrılan pullardan "otkat" cəmi 35 faiz təşkil edirdi. Ancaq bəzən bu faiz alınmırdı, çünki şirkətlərin bir qismi pulu qaytarmaq istəmirdi. Aparat rəhbərini deyir ki, "otkat"ın 5 faizini "Azərpoçt"un rəhbərliyinə verirdi. 30 faizi isə nazirliyə çatırdı.

Baş mühasib Vüqar Əfəndiyevin istintaqa verdiyi ifadədən isə məlum olur ki, "Azərpoçt" MMC üzərindən pulların mənimsənilməsi əməliyyatında iştirak edən şirkətlərin bir qismi bunlardır: "Avtomatika-Mexanika" MMC, "Aypara-Co" MMC, "Tikinti-Sevis" MMC, "Universal-Cars" MMC, "Qafqaz-S İnşaat" MMC, "PLZ" MMC, "A Construction" MMC, "Araz İnşaatçı" MMC,  "Cavad-2011" MMC, "PRİ" MMC, "Xəzər" MMC, "Violin Travel" MMC, "Trans Servis" MMC ,"Tələt" MMC. Və baş mühasib də pulların Vidadi Zeynalovun göstərişi ilə bu şirkətlərə köçürüldüyünü, "otkat" şəklində geri alınan pulları isə hər ay aparıb ona verdiyini təsdiq edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04