Veteran cüdoçumuz ABŞ-da birinci oldu

Veteran cüdoçumuz ABŞ-da birinci oldu
10:43 19 Noyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Məlumata görə, 90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

O, əvvəlcə çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda finlandiyalı Yukka Laytinen cərimə xallarının çoxluğu üzündən məğlub edilib. Həlledici qarşılaşmada isə Rəcəbov rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyəyə ipponla üstələyərək, dünya çempionu olub.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kq çəki dərəcəsində 5-ci yerlə kifayətlənib. (Report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR