"Qarabağ"la oyunöncəsi 3 itki

"Qarabağ"la oyunöncəsi 3 itki
10:57 19 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"ın qonağı olacaq "Kəpəz"də heyətlə bağlı problemlər məşqçilər korpusunu narahat edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gəncəlilər son çempionla matça itkilərlə çıxacaq.

"Sarı-göylər"in bir futbolçusu cəzalı olduğundan, iki üzvü isə zədədən yeni qayıtdığından oyunu buraxmalı olacaq. Ötən tur "Sumqayıt"la ev görüşündə qırmızı vərəqə alan Kərim Diniyevin cəza müddəti hələ bitməyib. Uzun müddət zədəli olan Şəhriyar Əliyev ilə Dario Frederiko isə görüşə tam hazır olmadığından oynaya bilməyəcəklər.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Kəpəz" oyunu saat 18:00-da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR