Bakıda DYP sürücülərə qarşı reyd keçirib

Bakıda DYP sürücülərə qarşı reyd keçirib
11:22 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonu ərazisində bu mövsümdə qadağan edilmiş pərdə və jalüzlərdən istifadəyə görə, reyd keçirilib.
"Report"un məlumatına görə, Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin (RDYPŞ) əməkdaşlarının keçirdiyi reyd zamanı 3 avtomobilin pərdə və jalüzlərdən istifadə etdiyi aşkarlanıb. Sürücülər isə qadağadan xəbərsiz olduqlarını bildirib.
Reyd zamanı rayondan Bakıya üz tutan "Ford" markalı avtomobilin sürücüsü plyonkanın sökülməsini unutduğunu qeyd edib. Buna baxmayaraq o, cərimə edilib. Səbail RDYPŞ-nin rəisi Cəmşid Hənifəyev "Report"a bildirib ki, bu cür reydlər davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhəri ərazisində avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüz, plyonka və pərdələrdən istifadə etdiyinə görə, 3 gün ərzində 174 sürücü cərimələnib. 27 sürücü isə jalüz, plyonka və pərdələri unutduğunu bildirərək cərimənin ləğv edilməsi üçün müraciət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/bakida-dyp-suruculere-qarsi-reyd-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR