Saakaşvili bu tarixdə Ukrayna prezidenti olacaq

Saakaşvili bu tarixdə Ukrayna prezidenti olacaq
11:23 19 Noyabr 2016
153 Dünya
Ölkə mətbuatı
A- A+

Odessa vilayətinin qubernatoru postundan istefa verən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna siyasətində öz ambisiyaları haqqında ucadan danışdı.

Noyabrın 11-də keçirilən məbuat konfransında Saakaşvili ilk dəfə rəsmən öz partiyasının yaradıldığını və siyasi elitanın dəyişdirilməsini gələcək siyasi hədəfi elan etdi. Saakaşvili həmçinin Ali Radaya növbədənkənar seçkilərin keçirilməsinə nail olacağına söz verdi. Belə görünür, Saakaşvili Ukrayna siyasətində ciddi planları qurur.

Publika.az xəbər verir ki, Ukraynanın “Obozrevatel” nəşri Saakaşvilinin Ukraynada prezident seçkilərində nə vaxt iştirak edə biləcəyini hesablayıb.

Ukrayna Konstitusiyasının 103-cü maddəsinə əsasən ölkə prezidenti Ukrayna vətəndaşı, seçkilərə kimi burada 10 il yaşayan və 35 yaşı tamam olan şəxs seçilə bilər. 29 may 2015-ci ildə Gürcüstanın sabiq prezidenti Ukrayna vətəndaşlığını alıb. Saakaşvili prezident seçkilərində 2025-ci ildən tez iştirak edə bilməyəcək. Saakaşvili yalnız 2029-cu ildə prezident seçkilərinə qatıla biləcək.

Qeyd edək ki, Saakaşvili 2029-cu ildə 62 yaşında olacaq.

Ancaq Saakaşvilinin prezident ambisiyalarına ekstradisiyası mane ola bilər. KİV-in məlumatına görə, Ukrayna prezident administrasiyasında Saakaşvilinin Gürcüstana ekstradisiyası imkanına baxırlar.

Saakaşvili Gürcüstana ekstradisiya olunur – MƏNBƏ

Ukrayna Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Tiflisə verə bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR