Gömrükçülər Azərbaycan vətəndaşının üzərində mobil telefonlar və siqaretlər aşkar edib

Gömrükçülər Azərbaycan vətəndaşının üzərində mobil telefonlar və siqaretlər aşkar edib
11:27 19 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycanın aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomrukculer-azerbaycan-vetendasinin-uzerinde-mobil-telefonlar-ve-siqaretler-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR