Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb

Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb
13:05 19 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi - Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova bildirib ki, bu ilin 10 ayında rekord sayda - 65 xəstə dispanser qeydiyyatına götürülüb. Onun fikrincə, hemofiliyalı xəstələrin sayının artması ölkədə diaqnostikanın təkmilləşdirilməsi, xəstəliyin vaxtında aşkarlanması və maarifləndirmə işinin geniş yayılması ilə bağlıdır.

E.Qədimova qeyd edib ki, ötən 10 ildə hemofiliyalı xəstələr üçün alınan dərman vasitələrinin sayı 2 dəfə artıb: "2006-cı ildə hemofiliyalı xəstələr üçün 12 milyon ədəd beynəlxalq vahid dərman vasitəsi gətirilmişdisə, bu il onların sayı 23 milyona çatıb. Azərbaycanda hemofiliyalı xəstələr ev şəraitində, ambulator, stasionar şəraitdə müalicə alırlar". 

Mərkəz direktoru qeyd edib ki, bölgələrə görə xəstələrin sayı araşdırılıb. Məlum olunub ki, Bakı və Sumqayıtda, mərkəzi Aran regionunda xəstələrin sayı daha çoxdur. Onun sözlərinə görə, Bakıda qeydiyyatda olan 736, Sumqayıtda isə 77 nəfər xəstə var. 90 xəstənin qeydiyyatı ayrı-ayrı rayonlara olsa da, Bakıda yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR